xebermen.az

Şimali Koreya Rusiyaya 120 ballistik raket yerləşdirib - Ukraynanı vuracaq

Dünən, 16:54

 

Şimali Koreyanın raket bölməsi Rusiyanın qərbinə yerləşdirilir və Ukraynaya zərbə endirmək üçün 120 ballistik raket və altı buraxılış qurğusu ilə təchiz oluna bilər.

Bunu Ukrayna kəşfiyyatının sözçüsü Andrey Çernyak “Reuters” agentliyinə bildirib.

Bu fonda Ukrayna yüksək effektiv hava hücumundan müdafiə sistemlərinin ciddi çatışmazlığı ilə üzləşir və Rusiya bundan istifadə edərək vurulması xüsusilə çətin olan ballistik raketlərin sayını artırmağa çalışıb.

Çernyak bildirib ki, Rusiya Voronejdə təxminən 90 Şimali Koreya hərbçisindən ibarət raket bölməsi yerləşdirməyi planlaşdırır.

Çernyak qeyd edib ki, Pxenyan artıq Rusiyaya 40 ədəd KN-23 və KN-24 raketlərinin yeni partiyasını, eləcə də şəxsi heyəti göndərib, lakin raketlərin yerləşdirilməsi konfiqurasiyası və ümumi sayı gələn ay keçiriləcək yüksək səviyyəli danışıqlarda dəqiqləşdiriləcək.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31