“Avqustun 15-dən metroda yeni hərəkət sxemi tətbiq olunacaq”.
Bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, avqustun 15-dən Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması layihəsinin icrasına başlanılacaq: “Proses 10-11 ay davam edəcək. “Nizami” - “28 May” stansiyaları arasında sərnişinlərin daşınması üçün ekspres avtobuslar isə ödənişli olacaq”.
B.Məmmədov hələ ki gedişhaqqı qiymətlərinin müəyyənləşdirilmədiyini bildirib.
O həmçinin qeyd edib ki, noyabr ayından etibarən “İçərişəhər” - “Həzi Aslanov” istiqamətində qatarların hərəkət intervalı 2 dəqiqə 30 saniyə olacaq. Bunun üçün “İçərişəhər” stansiyasında gücləndirmə tədbirləri görülüb, əlavə maşinistlər cəlb edilib və qatarların stansiyanı daha operativ tərk etməsi təmin olunacaq. “Dərnəgül” - “Nizami” istiqamətində isə qatarların hərəkət intervalı 3 dəqiqə 30 saniyə təşkil edəcək.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident yerli televiziya kanallarına müsahibə verdi - TAM MƏTN/VİDEO/YENİLƏNDİ
İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi