xebermen.az

Prezidentdən tez xarab olan mallarla bağlı qərar

Dünən, 20:52

 

Azərbaycana idxal olunan media materiallarının, tez xarab olan malların, canlı heyvanların və bir sıra digər yüklərin gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq.

Bu, Prezident İlham Əliyevin imzaladığı "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 6 ay müddətində döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media və informasiya agentlikləri) məqsədləri üçün materialların, eləcə də Azərbaycan qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Mərkəzi Bankın ünvanına göndərilən və bu qəbildən digər malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Bundan başqa, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə vəziyyətlər zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları da hazırlanacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31