xebermen.az

İran ən ağır ssenarilərə hazırlaşır - Ölkədə nələr baş verə bilər?

Dünən, 07:47

 

İran mümkün uzunmüddətli böhrana hazırlıq məqsədilə qarşıdakı iki il üçün ehtiyatlar formalaşdırmağa başlayıb.

Bu barədə ölkənin birinci vitse-prezidenti Məhəmməd Rza Aref “Fars” agentliyinə məlumat verib.

Onun sözlərinə görə, hökumət artıq zəruri ehtiyatların yaradılması ilə məşğuldur. Lakin Aref söhbətin konkret hansı növ ehtiyatlardan getdiyini açıqlamayıb.

Aref vurğulayıb ki, hakimiyyətin əsas vəzifəsi cəmiyyətdə sabitliyin və sakitliyin qorunub saxlanılmasıdır.

Onun sözlərinə görə, dövlət "hadisələrin ən əlverişsiz ssenari üzrə inkişaf edəcəyi təqdirdə belə" fəaliyyət planları hazırlayır.

Bu açıqlama davam edən münaqişə və regionda gərginliyin qorunduğu bir vaxtda səsləndirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31