xebermen.az

Finlandiya səmasında qeyri-adi təbiət hadisəsi müşahidə olundu

Dünən, 07:45

 

Finlandiyanın bir neçə bölgəsinin sakinləri qeyri-adi atmosfer hadisəsinin şahidi olublar. Belə ki, Günəşin ətrafında parlaq işıq halqası müşahidə edilib.

Bu barədə "Iltalehti" qəzeti məlumat yayıb.

Məlumata görə, təbiət hadisəsi ölkənin müxtəlif bölgələrində, o cümlədən Orivesi, Somero və Nokia şəhərlərində də müşahidə olunub. Şahidlər cümə günü səmada yaranan qeyri-adi mənzərəni görüntüləyərək sosial şəbəkələrdə paylaşıblar.

Finlandiya Meteorologiya İnstitutunun mütəxəssisi Petri Hoppulanın sözlərinə görə, müşahidə olunan hadisə böyük ehtimalla halo effekti olub.

Mütəxəssis bildirib ki, halo effekti Günəş şüalarının yüksək bulud qatlarında yerləşən buz kristallarından keçərək sınması nəticəsində yaranan optik hadisədir.

Halo adətən Günəşin ətrafında parlaq halqa şəklində görünür. Bu hadisənin ən diqqətçəkən formalarından biri isə parqeliy adlanır. Xalq arasında "yalançı Günəş" kimi tanınan bu optik effekt Günəşin hər iki tərəfində parlaq işıq ləkələri kimi görünür.

Qeyd olunub ki, halo və parqeliy kimi optik atmosfer hadisələri hava şəraitinin pisləşəcəyinə və ya hər hansı təhlükəyə işarə etmir. Bununla belə, yaratdığı qeyri-adi görüntü səbəbindən hər zaman böyük maraq doğurur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31