xebermen.az

Zelenski ABŞ və Avropanı tənqid etdi

2-08-2026, 07:43

 

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa və ABŞ-ni Kiyevə “Patriot” zenit-raket kompleksləri üçün raketlər vermədiklərinə görə tənqid edib.

O, bu barədə “Telegram” kanalında yayımlanan videomüraciətində danışıb.

“Antiballistik raketlər anbarlarda saxlanılmaq üçün deyil, insanları qorumaq üçündür”, - deyə Zelenski bildirib. Onun sözlərinə görə, müttəfiqlər Kiyevin hansı sursatlara ehtiyac duyduğunu bilirlər, lakin onların tədarükü üçün “siyasi qərar tələb olunur”.

Bundan əvvəl Zelenski bildirmişdi ki, Rusiya qoşunlarının həyata keçirdiyi kütləvi hücum zamanı Kiyevin hava hücumundan müdafiə qüvvələri yalnız bir raketi zərərsizləşdirə bilib. O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri “Patriot” sistemləri üçün raket çatışmazlığı ilə üzləşir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031