xebermen.az

Alimlərdən qan təzyiqi ilə mübarizədə yeni üsul

1-08-2026, 17:15

 

Kanadadakı Vaterloo Universitetinin alimləri yüksək qan təzyiqinin idarə olunması ilə bağlı yeni araşdırma aparıblar.

Tədqiqatın nəticələrinə görə, yalnız duzun (natriumun) qəbulunu azaltmaq deyil, eyni zamanda qidalanmada kaliumun miqdarını artırmaq da qan təzyiqinin aşağı salınmasına mühüm təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, banan, kartof, ispanaq, lobya və avokado kimi kaliumla zəngin məhsulların qəbulu orqanizmdə natriumun təsirini balanslaşdırmağa kömək edir.

Araşdırma müəlliflərinin fikrincə, yüksək qan təzyiqi ilə mübarizədə əsas diqqət natrium və kalium arasındakı tarazlığa yönəldilməlidir.

Alimlər hesab edirlər ki, bu nəticələr gələcəkdə hipertoniya ilə bağlı qidalanma tövsiyələrinin yenilənməsinə və ürək-damar xəstəlikləri riskinin azaldılmasına töhfə verə bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031