xebermen.az

Polşada məktəblərdə smartfonlardan istifadə qadağan edildi

31-07-2026, 14:13

 

Polşa Prezidenti Karol Navrotski növbəti tədris ilindən etibarən məktəblərdə smartfonlardan istifadəni qadağan edən qanunu imzalayıb.

Bu barədə RMF24 məlumat yayıb.

Məlumata görə, Karol Navrotski təhsil haqqında qanuna edilən dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərə əsasən, 2026-cı il sentyabrın 1-dən etibarən məktəblərdə və uşaq bağçalarında smartfonlardan istifadə qadağan olunacaq.

Qanuna əsasən, dövlət və ya özəl təhsil müəssisəsi olmasından asılı olmayaraq, şagirdlər məktəb ərazisində, o cümlədən tənəffüslərdə və sinifdənkənar məşğələlər zamanı smartfonlardan və analoji funksiyaya malik digər elektron qurğulardan istifadə edə bilməyəcəklər.

Qadağa məktəbəqədər təhsil müəssisələrinə də şamil olunacaq.

Bununla yanaşı, müəyyən istisnalar nəzərdə tutulub. Belə ki, müəllim tədris prosesi zamanı smartfon və ya planşetdən istifadəyə ehtiyac duyarsa və ya şagirdin valideynləri ilə əlaqə saxlaması zəruri olarsa, bu qurğulardan istifadəyə icazə veriləcək.

Həmçinin əlilliyi və ya digər xüsusi ehtiyacları olan şagirdlər, sağlamlıq vəziyyətləri ilə əlaqədar müəyyən tətbiqlərdən və ya smartfon vasitəsilə idarə olunan xüsusi avadanlıqlardan istifadə etməli olduqları hallarda gün ərzində bu qurğulardan yararlana biləcəklər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031