xebermen.az

Rusiya müharibənin bitəcəyi tarixi açıqladı: Bunu istəyirik

Dünən, 14:09

 

Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin Ukrayna ilə davam edən müharibənin nə vaxt başa çatmasının arzu edildiyini açıqlayıb.

O, bu barədə "Qazeta.Ru"ya müsahibəsində danışıb.

Karasinin sözlərinə görə, Rusiya hərbi əməliyyatları 2026-cı ildə başa çatdırmaq istəyir.

"Əlbəttə, biz bu əməliyyatı gələn il başa çatdırmaq istərdik. Lakin məsələ təkcə bizdən, əsgərlərimizin və bütün ölkənin qətiyyətindən asılı deyil", - deyə senator bildirib.

O vurğulayıb ki, münaqişənin nə vaxt yekunlaşacağı Ukraynadakı vəziyyətdən, beynəlxalq şəraitdən, eləcə də Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələrdən asılıdır.

"İstək var, amma onu reallığa çevirmək vacibdir. Bir sözlə, hər şey ümumi vəziyyətdən asılıdır", - deyə Karasin əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31