xebermen.az

Tbilisidə Ermənistan-Gürcüstan sərhədində yaranan növbələr müzakirə edilib

31-07-2026, 14:06

 

Gürcüstanda Ermənistan-Gürcüstan sərhədindəki keçid məntəqələrində növbələrin yaranması məsələsi müzakirə olunub.

Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Məsələ Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı, polkovnik Qarik Muradyanla Gürcüstan Daxili İşlər Nazirliyinin patrul polisi departamentinin direktoru Levan Maisuradze arasında keçirilən görüşdə qaldırılıb.

Muradyanın rəhbərlik etdiyi nümayəndə heyətn Gürcüstanda rəsmi səfərdədir. Səfər zamanı Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi David Tamazaşvili ilə görüş keçirilib.

Görüşdə Gürcüstan tərəfi Sərhəd Polisinin strukturu, əsas funksiyaları və prioritet fəaliyyət sahələri barədə təqdimat edib.

Tərəflər sərhəd təhlükəsizliyi və sərhəd qurumları arasında qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edib və əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduqlarını təsdiqləyiblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031