Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir
Antibiotik, ağrıkəsici və digər dərmanlardan sonra orqanizmi "təmizləmək" üçün bitki çayları və detoks proqramlarına müraciət edənlər olsa da, mütəxəssislər bu üsulların əksəriyyətinin elmi əsasının olmadığını bildirirlər.
Həkim Svetlana Burnatskayanın sözlərinə görə, dərmanların orqanizmdə toplanaraq zəhərlənməyə səbəb olması fikri əsasən mifdir. Sağlam insanlarda qaraciyər və böyrəklər dərman maddələrinin parçalanması və xaric edilməsində əsas rol oynayır.
Lakin qaraciyər və böyrək xəstəlikləri olan şəxslərdə, yaşlı insanlarda, eləcə də dərmanların həkim nəzarəti olmadan uzun müddət və yüksək dozada qəbul edilməsi zamanı toksik təsirlər yarana bilər. Xüsusilə bəzi ağrıkəsicilər, antibiotiklər və digər preparatlarla ehtiyatlı olmaq lazımdır.
Mütəxəssis saralma, güclü halsızlıq, ürəkbulanma, qusma, sidikdə dəyişikliklər, şişkinlik, yuxululuq və şüur bulanıqlığı kimi əlamətlər olduqda həkimə müraciət etməyi tövsiyə edib.
Bundan əlavə, müalicə zamanı spirtli içkilərdən istifadə etməyin bəzi dərmanlarla birlikdə qaraciyər üçün risk yarada biləcəyi qeyd olunub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: