xebermen.az

30 İyul İnsan Alverinə Qarşı Mübarizə Günüdür

Dünən, 13:00

 

Hər il iyulun 30-u İnsan Alverinə Qarşı Mübarizə Günü kimi qeyd olunur.

Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 2013-cü ildə qəbul edilmiş A/RES/68/192 saylı qətnamə ilə təsis edilib. Məqsəd insan alveri qurbanlarının vəziyyəti barədə ictimai məlumatlılığı artırmaq, onların hüquqlarını təşviq etmək və qorumaqdır.

İnsan alveri ağır cinayət və insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Hər il minlərlə kişi, qadın və uşaq həm öz ölkələrində, həm də xaricdə insan alverçilərinin qurbanına çevrilir. Mənşə, tranzit və ya təyinat ölkəsi olmasından asılı olmayaraq, dünyanın bütün ölkələri bu problemdən əziyyət çəkir.

Azərbaycanda son rəsmi illik məlumatlara əsasən, insan alveri və məcburi əmək cinayətləri ilə bağlı 91 nəfər qurban müəyyən edilib. Onların hamısı Azərbaycan vətəndaşı olub: 1 kişi, 90 qadın.


Qeydə alınan 206 insan alveri cinayətinin 78,1 faizi cinsi istismar, 21,4 faizi sənədlərlə qanunsuz hərəkətlər, 0,5 faizi isə məcburi əmək halları olub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031