xebermen.az

Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır

30-07-2026, 13:00

 

Meyxanaçı Rəşad Dağlı və başqalarının əfv məsələsi gündəmdədir.

Bu barədə açıqlamasında hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib.

Onun sözlərinə görə, böyük bir əfv fərmanının verilməsi təşəbbüsü ilə çıxış ediblər:

“İstəyirik ki, bir dəfə böyük bir əfv fərmanı verilsin, Rəşad Dağlı, Anar Məmmədov, Natiq bəy və başqaları azadlığa çıxsınlar. Onların adları siyahımızdadır. İstəyirik ki, hamısı bir yerdə azad edilsin. Təklif etmişik, görək necə olur”.

Amma müsahibimiz böyük əfvin baş tutub-tutmayacağı və ya nə zaman reallaşacağı barədə söz deyə bilməyəcəyini deyib. Onun sözlərinə görə, təklif verilib, böyük əfv arzulayıblar.

“Bizə nə Avropa Şurası, nə də Avropa İttifaqı təzyiq göstərə bilər. Özümüz bu addımı atmalıyıq. Öz dövlətimiz yükü çiyinlərinə götürüb bunu etməlidir. Biz təklif etmişik, müsbət qarşılanıb. Ümidvaram ki, baş tutacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031