xebermen.az

Xərçəng peyvəndi ilk xəstədə ümidverici nəticə göstərdi

Dünən, 18:56

 

Rusiyada sınaqdan keçirilən yerli istehsal "Neoonkovak" xərçəng peyvəndi ilk xəstədə müsbət immunoloji reaksiya yaradıb.

Bu barədə Rusiyanın Milli Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya Mərkəzinin direktoru Aleksandr Ginzburq məlumat verib.

Onun sözlərinə görə, dəri xərçəngindən əziyyət çəkən 60 yaşlı şəxs Rusiyada "Neoonkovak" peyvəndini qəbul edən ilk xəstədir.

Ginzburq bildirib ki, hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir və o, özünü yaxşı hiss edir.

Mərkəz rəhbərinin sözlərinə görə, aparılan müşahidələr peyvəndin antigenlərə qarşı qoruyucu immun cavabı formalaşdırdığını göstərir.

"İmmun sisteminin preparatımıza reaksiyası hazırda ümidvericidir. Xəstədə yaxşı immunoloji cavab müşahidə olunur", - deyə Aleksandr Ginzburq qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031