xebermen.az

Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək

Dünən, 14:58

 

"SpaceX" şirkətinə məxsus "Falcon 9" raketinin işlənmiş pilləsi avqustun 5-də saatda təxminən 8700 kilometr sürətlə Aya çırpılacaq.

Bu barədə "The Conversation" nəşri məlumat yayıb.

2025-ci ilin yanvarında buraxılmış raket Yer kürəsinin təbii peykinə iki kommersiya enmə modulunu göndərib, bundan sonra qeyri-sabit orbitdə yanacaqsız qalıb və Ayın qravitasiyasının təsirinə düşüb.

Alimlər hesab edirlər ki, raket pilləsinin Ayla toqquşması nəticəsində diametri 20-30 metr olan krater və hündürlüyü bir neçə kilometr təşkil edən toz buludu əmələ gələcək.

Nəşr vurğulayır ki, yaranmış vəziyyət planetoloqların diqqətini cəlb edəcək, lakin eyni zamanda insanın təbii peykimizdəki fəaliyyətinin hüquqi tənzimlənməsi problemini üzə çıxarır.

2025-ci ilin yanvarında "SpaceX" şirkəti Aya Amerikanın ("Blue Ghost") və Yaponiyanın ("Hakuto-R 2") enmə modullarını buraxmışdı.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031