xebermen.az

Quru sərhədlərinin bağlı olması yaşama icazələrinin sayına necə təsir edib?

Dünən, 13:55

 

"Son illərdə müvəqqəti yaşama icazələrinin sayında əhəmiyyətli artım müşahidə olunur. Bunun səbəblərindən biri quru sərhədlərlə bağlı tətbiq olunan məhdudiyyətlərdir. Əvvəllər bəzi şəxslər 90 günlük giriş-çıxış imkanından istifadə edərək ölkədə qalır, yaşama icazəsinə ehtiyac duymurdular. Hazırkı şərait isə onları yaşama icazəsi almağa yönəldib".

Bu sözləri Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov "Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda keçirilən mediatur çərçivəsində deyib

Quru sərhədlərinin bağlı olması yaşama icazələrinin sayına necə təsir edib?

"2025-ci il yanvarın 1-dən Rusiya vətəndaşları üçün də qarşılıqlı əsasda Azərbaycanda olma müddəti 90 gün müəyyən edilib ki, bu da yaşama icazələri ilə bağlı müraciətlərin artmasına təsir göstərib", - deyə V.Hüseynov bildirib.

Onun sözlərinə görə, iş icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı 5 min 87 müraciət daxil olub:

"Bu il üçün iş icazələri üzrə kvota Nazirlər Kabinetinin qərarı ilə 7 min 200 müəyyən edilib. Qeyd olunan rəqəm müraciətlərin sayıdır. Verilən icazələrin sayı isə bundan azdır".

Xidmət rəisi bildirib ki, Azərbaycan vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 6 min 328, vətəndaşlığa qəbul, bərpa və vətəndaşlıqdan çıxma ilə bağlı isə 554 müraciət daxil olub.

V.Hüseynovun sözlərinə görə, miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı 9 min 757 qərar qəbul edilib:

"850 əcnəbi barəsində ölkə hüdudlarından kənara inzibati qaydada çıxarılma (deportasiya) qərarı qəbul edilib. Deportasiya qərarı hər zaman beş illik qadağa demək deyil. Məhdudiyyətin müddəti pozuntunun xarakterindən və ağırlığından asılı olaraq dəyişir".

O əlavə edib ki, qanunsuz miqrasiyanın təşkili və digər qanunsuz əməllərlə bağlı dörd fakt aşkar edilərək hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanlarına göndərilib:

"Bu, əsasən, şəxslərin üçüncü ölkələrə keçirilməsi məqsədilə aldadılaraq Azərbaycana gətirilməsi, onlardan pul alınması və sonradan qanunsuz vəziyyətə salınması ilə bağlıdır".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031