xebermen.az

Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi

27-07-2026, 18:53

 

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq edib.

Bu barədəidarədən məlumat verilib.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında, eləcə də bir sıra bölgələrdə müşahidə olunan küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şərtlərinin yollarda yarada biləcək təhlükənin qarşısının alınması üçün hərəkət iştirakçılarından ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Ələlxüsus, açıq ərazilərdə küləyin yaratdığı toz dumanı səbəbindən görünüş məsafəsi məhdudlaşdığı üçün sürücülər sürət həddini, ara məsafəsini nəzarətdə saxlamalı, ötmə, manevretmə zamanı ehtiyatlı olmalıdırlar.

Piyadalar da mövcud hava şəraitini düzgün qiymətləndirməli, yollarda özlərinin






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031