xebermen.az

Bir vaxtlar yüzlərlə gəmini xilas edən mayak: Neftçalanın gizli xəzinəsi

Dünən, 16:19

 

Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə yerləşən Neftçala mayakı bölgənin ən diqqətçəkən tarixi və turistlər üçün maraqlı məkanlarından biri olaraq qalır.

 XX əsrin əvvəllərində Neftçalada balıqçılıq təsərrüfatının sürətli inkişafı dənizə çıxan balıqçıların təhlükəsizliyi məsələsini gündəmə gətirib.

Bu ehtiyacı qarşılamaq məqsədilə 1965-ci ildə hündürlüyü 56 metr olan bu möhtəşəm mayak inşa edilib.

Qurğu uzun illər boyu yalnız balıqçıların deyil, eyni zamanda Kür çayı və Xəzər dənizi hövzəsində hərəkət edən gəmilərin təhlükəsiz gediş-gəlişini təmin edən mühüm naviqasiya məntəqəsi kimi fəaliyyət göstərib.

Hazırda texnoloji tərəqqi ilə əlaqədar öz əvvəlki naviqasiya funksiyasını itirsə də, Neftçala mayakı bölgənin zəngin keçmişini yaşadan mühüm tarixi və simvolik abidə kimi öz dəyərini saxlayır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031