xebermen.az

Türkiyədə 355 qanunsuz miqrant saxlanıldı

Bu gün, 15:43

 

Qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə növbəti genişmiqyaslı əməliyyat nəticəsində Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları 355 qanunsuz miqrant və miqrant qaçaqmalçılığı kanallarının təşkilində iştirak edən 25 şəxsi saxlayıb.

Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yoxlamalar ölkənin 81 vilayətinin hər birində aparılıb. Əməliyyatda 26 236 polis və jandarma əməkdaşı iştirak edib.

Qanunsuz miqrantlar tərəfindən istifadə edilə bilən 14 142 obyekt, o cümlədən 3 795 tərk edilmiş tikili yoxlanılıb. Sənədlərin yoxlanması 7447 ictimai yerdə və 449 terminalda aparılıb.

Qeyri-qanuni miqrantların Türkiyədən çıxarılması proseduruna başlanılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031