Görünməmiş hadisə: Süni intellekt nəzarətdən çıxdı, nəhəng şirkətə kiberhücum başlatdı
“ChatGPT” çatbotunun yaradıcısı “OpenAI”, ən son süni intellekt (AI) modelləri ilə işləyən bir proqramın təhlükəsizlik testi zamanı səhv etdiyini və başqa bir startapın sistemini sındırdığını etiraf edib.
Bu barədə BBC məlumat yayıb.
“OpenAI” tərəfindən yayımlanan açıqlamaya görə, onun agenti -insan təlimatları əsasında avtonom şəkildə fəaliyyət göstərə bilən, bu halda qabaqcıl süni intellekt modelləri ilə işləyən bir proqram keçən həftə nəzarətli mühit sınağı zamanı testin sərhədlərini aşmağı bacarıb.
Daha sonra o, dünyanın ən böyük süni intellekt modellərini paylaşan mərkəzlərindən biri olan “Hugging Face”ı haker hücumuna məruz qoyub və şirkətin daxili sistemlərinə sızıb.
“OpenAI” hadisəni “görünməmiş” adlandırıb, səbəblərini və şəraitini araşdırmaq üçün “Hugging Face” ilə əməkdaşlıq etdiyini bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: