xebermen.az

“WhatsApp”da telefon nömrəsi paylaşmaq məcburiyyəti aradan qalxır

Bu gün, 13:09

 

“WhatsApp” istifadəçilərə telefon nömrəsini paylaşmadan əlaqə saxlamağa imkan verəcək yeni "istifadəçi adı" funksiyasını istifadəyə verməyə hazırlaşır.

Yenilik sayəsində insanlar bir-birini telefon nömrəsi əvəzinə seçdikləri istifadəçi adı ilə tapa və yazışa biləcəklər.

Yeni istifadəçi adları unikal olacaq və müəyyən qaydalara uyğun seçiləcək.

İstifadəçilər istədikləri vaxt bu adı dəyişə və ya silə biləcəklər. Funksiya xüsusilə məxfilik baxımından üstünlük yaradacaq, çünki şəxsi telefon nömrəsini tanımadığı insanlarla paylaşmağa ehtiyac qalmayacaq.

Yeniliyin yaxın aylarda mərhələli şəkildə bütün “WhatsApp” istifadəçilərinə təqdim olunacağı gözlənilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031