xebermen.az

Tramp Yaxın Şərq ölkəsi ilə nüvə sazişini təsdiqlədi

Bu gün, 13:03

 

ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı ilə nüvə infrastrukturunun inkişafı üzrə sazişi rəsmi olaraq təsdiqləyib.

Bu barədə "Wall Street Journal" qəzeti amerikalı rəsmilərə istinadla məlumat yayıb.

Bildirilib ki, bu potensial sövdələşmə Yaxın Şərq ölkəsini mülki nüvə proqramı ilə təmin edəcək və potensial olaraq onun ərazisində uranın zənginləşdirilməsi üçün qapı açacaq.

Yeni 30 illik sazişin dəyəri on milyardlarla dollar qiymətləndirilir. Sənədə əsasən, əgər belə bir addım həm Ər-Riyadda, həm də Vaşinqtonda eyni vaxtda zəruri hesab edilərsə, ABŞ şirkətləri krallıqda uranın zənginləşdirilməsi qurğuları tikməli olacaqlar. Nəşrin həmsöhbətləri qeyd ediblər ki, bu mümkün sövdələşmədə Amerika tərəfi üçün təhlükəsizlik zəmanətləri mövcud deyil.

Gözlənilir ki, ABŞ-ın energetika naziri Kris Rayt da sazişi iyulun 22-də imzalayacaq. Bundan sonra o, ABŞ Konqresinin müzakirəsinə təqdim olunacaq.

Vurğulanıb ki, təşəbbüs Yaxın Şərqdə nüvə texnologiyalarının yayılmasına qarşı çıxan qanunvericilərin əksəriyyəti arasında mübahisələrə səbəb ola bilər, lakin onun bloklanması üçün bəyənilməməklə bağlı birgə qətnamənin qəbul edilməsi, daha sonra isə hər iki palatada səxslərin çoxluğu ilə prezidentin mümkün vetosunun dəf edilməsi tələb olunacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031