xebermen.az

Alimlərdən mühüm kəşf: Həyatın mənşəyinə dair yeni ipucu tapıldı

Dünən, 17:00

 

Astronomlar ulduzlararası məkanda eritruloz adlı mürəkkəb şəkər molekulu aşkar ediblər. Alimlərin fikrincə, bu kəşf həyatın mənşəyini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır.

Bu barədə CNN məlumat yayıb.

Araşdırma zamanı İspaniyadakı radioteleskoplar vasitəsilə Süd Yolu qalaktikasının mərkəzinə yaxın yerləşən nəhəng qaz buludundan əldə edilən məlumatlar təhlil edilib. Teleskop siqnalları laboratoriya nümunələri ilə müqayisə olunaraq eritruloz qaz halında müəyyən edilib. Bu, indiyədək kosmosda aşkar edilmiş ən mürəkkəb şəkər növlərindən biri hesab olunur.

Arizona Universitetinin astrofiziki Erika Hamden bildirib ki, eritruloz birbaşa həyat üçün zəruri olmasa da, Yer üzündə həyatın yaranmasında mühüm rol oynadığı düşünülən digər bir şəkər formasına çevrilə bilir.

Araşdırmanın müəllifi, İspaniyanın Astrobiologiya Mərkəzinin astrofiziki İzaskun Ximenez-Serra isə qeyd edib ki, bu cür molekulların qalaktikanın digər bölgələrində də mövcud olması kainatın başqa yerlərində də həyatın yaranması ehtimalını gücləndirir. Onun sözlərinə görə, yeni kəşf Günəş sisteminin formalaşması üçün lazım olan əsas kimyəvi komponentlərin əvvəldən mövcud olduğu nəzəriyyəsini dəstəkləyən mühüm sübutdur.

Araşdırma “Nature” jurnalında dərc olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031