Ukraynanın adı dəyişdirilib Rus olacaq? - Moskvadan ironik reaksiya
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ukraynanın keçmiş xarici işlər naziri Boris Tarasyukun Ukraynanın adının "Rus" adlandırılması təklifini şərh edib.
Zaxarova “RİA Novosti”yə açıqlamasında bildirib:
“Deməli, Kiyev rejimi artıq "ukraynalıları" tərk edir? İndi onlar "ruslardır"?", - deyə o, zarafatla bildirib.
Ukraynanın keçmiş xarici işlər naziri Boris Tarasyuk bildirib ki, əgər Ukrayna rəsmi adını dəyişdirsə, ölkənin Rus adlandırılmasını təklif edəcək. O bildirib ki, bu ad Kiyev Rusunun tarixindən qaynaqlanır.
Tarasyuk həmçinin Makedoniyanın Avropa Birliyinə daxil olmamışdan əvvəl adının dəyişdirilməsi ilə bağlı vəziyyətlə də bənzətmə aparıb. O bildirib ki, əgər oxşar tələb Ukrayna üçün də irəli sürülərsə, optimal ad Rus olacaq. Keçmiş nazir həmçinin iddia edib ki, bu ad tarixən Ukrayna mənşəlidir və Moskva çarlığı onu Böyük Pyotrun hakimiyyəti dövründə mənimsəyib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: