xebermen.az

Mediada rus dilini qadağan etməyə hazırlaşırlar

15-07-2026, 12:00

 

Latviyada dövlət mediasında rus dilində yayımlanan məzmunun qadağan edilməsi təklif olunub.

Bu barədə Latviyanın dövlət media qurumu LSM məlumat yayıb.

Bildirilib ki, ölkənin mədəniyyət naziri Nauris Puntulis dövlət media resurslarında rusdilli məzmunun aradan qaldırılmasının tərəfdarıdır. Nazir hesab edir ki, rus dilində kontent ölkənin media məkanından tədricən çıxarılmalıdır.

Məlumata görə, Puntulis daha əvvəl tabeliyində olan qurumlara ictimai məkanda rus dilindən istifadənin dayandırılması ilə bağlı göstəriş də verib.

Qeyd edək ki, Latviyada son illərdə dövlət idarəçiliyi, təhsil və media sahələrində latış dilinin mövqeyinin gücləndirilməsi istiqamətində bir sıra addımlar atılıb. Rusiyanın Ukraynaya qarşı müharibəsindən sonra bu proses daha da sürətlənib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031