xebermen.az

İlk dəfə 1870-ci ildə müşahidə olunan meteor axını yenidən görünəcək

Bu gün, 10:00

 

Hanoy Astronomiya Cəmiyyətinin (HAOS) məlumatına görə, yayın ən diqqətçəkən meteor axınlarından biri olan Cənub Delta Akvaridləri meteor axını iyulun 12-si səhər tezdən avqustun 23-dək müşahidə olunacaq.

Bu barədə vietnam.vn yazıb.

Meteor axınının pik nöqtəsi təxminən iyulun 30-na təsadüf edəcək. İdeal müşahidə şəraitində saatda təxminən 25 meteor görünəcək.

Alimlərin fikrincə, Cənub Delta Akvaridləri meteor axınını yaradan kosmik qalıqlar "96P/Maksholts" kometasından qaynaqlanır. Bu qısaperiodlu kometa Günəş ətrafında təxminən beş ilə bir dövr edir. Maksholts kometası 1986-cı ildə Donald Maksholts tərəfindən kəşf olunub. Onun nüvəsinin diametri təxminən 6.4 kilometrdir ki, bu da dinozavrların məhvinə səbəb olduğu ehtimal edilən səma cisminin ölçüsündən iki dəfədən çox kiçikdir.

Cənub Delta Akvaridləri meteor axınının ilk dəfə nə vaxt meydana gəldiyi dəqiq məlum deyil. O, ilk dəfə 1870-ci ildə Aralıq dənizi üzərində müşahidə olunaraq qeydə alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031