Zelenski ABŞ-dan həmin raketlərinin tədarük olunacağını ELAN ETDİ
Ukrayna yaxın günlərdə ABŞ-dan "Patriot" zenit-raket kompleksləri (ZRK) üçün raketləri də əhatə edəcək yeni hərbi yardım paketi alacaq.
Bu barədə Ukrayna lideri Volodimir Zelenski məlumat verib,
"Yaxın günlərdə biz Amerika Birləşmiş Ştatlarından paket alacağıq", - deyə siyasətçi bildirib.
Zelenski əlavə edib ki, o, həmçinin avropalı tərəfdaşlarla gələcəkdə əlavə "PAC-3" raketlərinin tədarükü ilə bağlı ayrı-ayrı razılaşmalar əldə edib.
O, həmçinin bildirib ki, Ukrayna ərazisində "Patriot" ZRK-larının istehsalına başlamaq üçün Ukrayna idarələri ilə beynəlxalq tərəfdaşlar arasında bir sıra texniki məsələlərin razılaşdırılması lazımdır. Onun sözlərinə görə, tərəflər bu danışıqları nə qədər tez başa çatdırsalar, sistemlərin istehsalına bir o qədər tez başlamaq olar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: