xebermen.az

Venesuelada faciə qurbanlarının sayı 3685 nəfərə çatdı

Bu gün, 15:44

 

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 3685 nəfərə çatıb.

Bu barədə ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriges "X" sosial şəbəkəsində məlumat verib.

Rəsmi məlumatlara görə, 16 740 nəfər xəsarət alıb, 17 907 sakin evsiz qalıb. 190 bina tamamilə dağılıb, daha 856 binaya ciddi ziyan dəyib.

Axtarış-xilasetmə işləri zamanı 6462 nəfəri xilas etmək mümkün olub. 25 970 zərərçəkənə tibbi yardım göstərilib, 86 794 ailəyə dəstək verilib. Bundan əlavə, ehtiyacı olanlara 9,6 min tondan çox ərzaq paylanıb.

İyunun 24-də Venesuelada iki silsilə güclü zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin qiymətləndirməsinə görə, birinci yeraltı təkanın maqnitudası 7,2, ikincisinin isə 7,5 olub.

Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges zəlzələ qurbanlarının xatirəsinə yeddi günlük milli matəm elan edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031