xebermen.az

Xameninin vida mərasimi ilə bağlı ilginc statistika - 48 mindən çox şəxsə tibbi yardım göstərilib

Bu gün, 12:44

 

İranın mərhum ali rəhbəri Əli Xameneinin vida mərasimində 48 mindən çox şəxsə tibbi yardım göstərilib.

Bu barədə ölkənin Təcili Tibbi Yardım Təşkilatının rəhbəri Cəfər Miadfar məlumat yayıb.

Bildirilib ki, iyulun 5-i saat 12:00-dan 16:00-dək ümumilikdə 48 804 nəfər təşkilatın xidmətlərindən yararlanıb. Müraciət edənlərdən 18 222 nəfər səyyar tibb məntəqələrində yardım alıb. Onlardan 54 nəfər xəstəxanaya yerləşdirilib, 63 nəfər üzərində ambulator cərrahi müdaxilə aparılıb, 18 mindən çox şəxs ambulator müalicə alıb, 5 min nəfərə isə infuzion terapiya tətbiq edilib.

Daha 328 nəfər ixtisaslaşmış xəstəxanalara müraciət edib. Onlardan 107 nəfər stasionar müalicəyə qəbul olunub, iki cərrahi əməliyyat həyata keçirilib, digər şəxslər isə müalicədən sonra evə buraxılıb. 30 254 nəfər təcili tibbi yardım briqadalarına müraciət edib. Onlardan 217 nəfər xəstəxanalara təxliyə olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031