xebermen.az

67 yaşlı şəxs öz iti tərəfindən dişlənməsi nəticəsində burununun böyük hissəsini itirsədə həkimlər tərəfindən burnu bərpa edilib

Dünən, 21:28

 

Tədris Cərrahiyyə Klinikasında unikal rekonstruktiv burun əməliyyatı uğurla icra olunub


Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında mürəkkəb və yüksək peşəkarlıq tələb edən unikal rekonstruktiv burun əməliyyatı uğurla həyata keçirilib. Əməliyyat ATU-nun Ağız, üz və çənə cərrahlığı kafedrasının müdiri, professor Çingiz Rəhimovun rəhbərliyi altında, plastik, estetik və rekonstruktiv cərrahiyyə üzrə rezident, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov tərəfindən icra olunub.

67 yaşlı xəstə öz iti tərəfindən dişlənməsi nəticəsində burununun böyük hissəsini itirib. İlkin olaraq başqa bir tibb müəssisəsində xəstə əməliyyat olunub. Hadisədən 46 gün sonra geniş toxuma defekti ilə Tədris Cərrahiyyə Klinikasına müraciət edən xəstə üzərində çoxmərhələli rekonstruktiv əməliyyat həyata keçirilib.

Əməliyyat zamanı rekonstruktiv cərrahiyyənin ən mürəkkəb üsullarından olan paramedian forehead flap (supratroxlear arteriya əsasında), autogen kompozit qreft və qabırğa qığırdağı (costal cartilage) kombinasiyasından istifadə olunub. Xəstənin uzunmüddətli intensiv siqaret istifadəsi, yaşı və əvvəlki uğursuz cərrahi müdaxilə əməliyyatın riskini əhəmiyyətli dərəcədə artırmasına baxmayaraq, cərrahi müdaxilə uğurla başa çatdırılıb.

Aparılan rekonstruksiya nəticəsində yalnız itirilmiş burun strukturu bərpa edilməyib, eyni zamanda xəstənin xarici tənəffüs funksiyası da tam şəkildə bərpa olunub. Bu, həm estetik, həm də funksional baxımdan yüksək mürəkkəblik daşıyan və uğurlu nəticə ilə yekunlaşan rekonstruktiv əməliyyat kimi xüsusi əhəmiyyət daşıyır.

Bu əməliyyat Tədris Cərrahiyyə Klinikasında mürəkkəb rekonstruktiv cərrahiyyə sahəsində tətbiq olunan yüksək ixtisaslı yanaşmanın və müasir cərrahi imkanların növbəti uğurlu nümunəsidir.

 







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031