xebermen.az

NATO sammiti zamanı Ankarada uçuş məhdudiyyətləri tətbiq olunacaq

Bu gün, 09:22

 

7-8 iyulda baş tutacaq NATO Liderlər Sammiti zamanı Ankaradakı “Esenboğa” Beynəlxalq Hava Limanında müvəqqəti uçuş məhdudiyyətləri tətbiq olunacaq.

Bu barədə Türkiyə Dövlət Hava Limanları Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, hava hərəkatına məhdudiyyətlər iyulun 7-də saat 10:00-dan 18:00-dək və iyulun 8-də saat 14:00-dan 21:00-dək qüvvədə olacaq. Xarici dövlət başçılarını və rəsmi nümayəndə heyətlərini daşıyan mülki və hərbi təyyarələr bu məhdudiyyətlərdən azaddır.







Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031