xebermen.az

Həkimlərdən detoks xəbərdarlığı: Prosedurlar nəinki faydasız, hətta zərərli ola bilər

Bu gün, 09:17

 

Detoks və orqanizmi təmizləyən damcılar kimi reklam edilən prosedurların sağlam insanlar üçün faydasız olduğu, bəzi hallarda isə zərərli ola biləcəyi bildirilir.

Bu barədə rusiyalı qastroenteroloq Andrey Simakov lenta.ru-ya açıqlamasında danışıb.

Həkimin sözlərinə görə, belə prosedurlar sağlam insanların ehtiyac duyduğu vasitələr deyil və əksinə, ciddi risklər yarada bilər.

"Orqanizmi təmizləmək adı altında satılan damcıların ən böyük təhlükəsi - boş yerə xərclənən pullardır. Bu, sırf marketinq vədidir. İnsan orqanizmi detoks funksiyasını daim özü həyata keçirir, çünki böyrəklər və qaraciyər fasiləsiz işləyir", - deyə Simakov vurğulayıb.

Mütəxəssis əlavə edib ki, bu prosedurlar bəzi hallarda insanda yalançı yaxşılaşma hissi yaradır və insanı lazımsız tibbi xidmətlərə pul xərcləməyə sövq edir. Xüsusilə damcıların aclıq və sərt pəhrizlərlə birləşdirildiyi proqramlar çox risklidir. Həkimin sözlərinə görə, belə hallarda çəki azalması orqanizmin real sağlamlaşması ilə deyil, əsasən su itkisi hesabına baş verir. Yaşlılar və uşaqlar üçün isə bu cür praktikalar əzələ itkisi və qida maddələrinin çatışmazlığı riski səbəbindən daha təhlükəlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031