xebermen.az

Estetik əməliyyatdan narazı qalan pasiyentlər həkimdən necə təzminat ala bilər?

Bu gün, 13:37

 

"Estetik əməliyyatlardan sonra ən çox rast gəlinən hüquqi mübahisələrdən biri pasiyentin nəticədən narazı qalmasıdır. Bu halda həm mülki iddialar, həm də hüquq-mühafizə orqanlarına müraciətlər mümkündür".

Bu sözləri hüquqşünas Bəhruz Orucov deyib. 

O bildirib ki, bu cür risklərin minimuma endirilməsi üçün həkim və tibb müəssisəsi bir neçə qaydanı bilməlidir:

"Pasiyentlə ətraflı və aydın müqavilə bağlamalı, göstəriləcək tibbi xidmətin həcmini və məqsədini dəqiq göstərməli, gözlənilən nəticələri və mümkün riskləri yazılı şəkildə izah etməli, pasiyentin məlumatlandırılmış razılığını (informasiya verilmiş razılıq) mütləq almalı, əməliyyatdan əvvəl və sonra tibbi sənədləşməni tam və düzgün aparmalıdır.

Unutmayın ki, estetik əməliyyatda həkimin vəzifəsi pasiyentə tibbi standartlara uyğun, peşəkar xidmət göstərməkdir. Nəticə ilə bağlı yaranan mübahisələrdə isə ən vacib sübutlardan biri düzgün tərtib edilmiş müqavilə, məlumatlandırılmış razılıq forması və tibbi sənədlərdir".

Qeyd edək ki, hüquqi cəhətdən güclü sənədləşmə həm pasiyentin hüquqlarını qoruyur, həm də həkimi əsassız iddialardan müdafiə edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930