xebermen.az

Dünya güclü zəlzələlərin əsarətində - Çində yer yerindən oynadı

Bu gün, 15:00

 

Çinin Siçuan əyalətində 5,2 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, təbii fəlakətin episentri təxminən 118 min nəfər əhalisi olan Syunçan şəhərindən 311 km qərbdə yerləşib. Zəlzələnin ocağı 10 km dərinlikdə olub.

İtki və dağıntılar barədə məlumat daxil olmayıb.

Ötən həftə Venesuelada iyunun 24-ü axşam saatlarında bir dəqiqədən az fasilə ilə baş verən 7,2 və 7,5 maqnitudalı iki güclü zəlzələdən sonra fövqəladə vəziyyət elan edilib. Bu zəlzələlər respublikada son yüz ildən artıq müddətdə baş verən ən güclü təkanlardan biri olub. Yeraltı təkanlar Karakasda və bir neçə ştatda hiss olunub. Son məlumatlara görə, 1450 nəfər həyatla bir araya sığmayan xəsarətlər alıb, 3150 nəfər isə xəstəxanalarda qalmaqdadır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930