xebermen.az

Qoşunlar hazır vəziyyətə gətirildi – İki türk ölkəsi dağıdıcı müharibəyə qoşulur?

Bu gün, 14:59

 

Ukrayna işğalçı Rusiyanın hərbi planlarında yer alan Belarusa raket və dron zərbəsi vurarsa və bu halda Minsk Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək istəyərsə, qurum üzvlərindən Qazaxıstan və Qırğızıstanın mövqeyi necə olacaq?

Bunu politoloq Elxan Şahinoğlu qeyd edib.
Politoloq bildirib ki, Mərkəzi Asiyanın bu iki dövləti KTMT üzvü olsalar da, Belarusun dəstək çağırışına seyrçi qalacaqlar:
“Çünki, birincisi, Belarus Rusiyanın Ukraynaya qarşı işğalçı planlarına şərikdirsə, bunun Qazaxıstana və Qırğızıstana aidiyyəti yoxdur.
İkincisi, Qazaxıstan və Qırğızıstan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Doğrudur, 2022-ci ilin yanvar ayında Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev ölkədəki iğtişaşlarla bağlı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından kömək istəmişdi və dəstəyə görə təşkilata minnətdarlığını bildirmişdi. Ancaq Qazaxıstandakı iğtişaşların yatırılmasıyla Ukraynaya qarşı işğalçı müharibəyə dəstək arasında böyük fərq var. Digər tərəfdən Minskin çağırışına Qazaxıstan və Qırğızıstan müsbət reaksiya verməyəcəkləri halda bu KTMT-nin nüfuzuna növbəti zərbə olacaq. Öz növbəsində bu Ermənistanın KTMT üzvlüyündən çıxmasını asanlaşdırar”.
Onun sözlərinə görə, Qazaxıstan Müdafiə Nazirliyinin iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üzrə planlı təlimlərin keçiriləcəyini açıqlaması təsadüfi deyil:
“Qazaxıstan MN yaydığı məlumatda “Müdafiə Nazirliyi vətəndaşları, sosial şəbəkə istifadəçilərini və media nümayəndələrini yalnız rəsmi mənbələrin yaydığı məlumatlara etibar etməyə çağırıb” cümləsi də diqqəti çəkib. Bu təlimlər Qazaxıstanın öz ordusunu işğalçı müharibə aparan dövlətin müttəfiqinin ərazisini qorumağa hədəflənməyib, əksinə Astanaya təzyiq etmək istəyənlərə mesajdır”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930