İlon Mask həqiqətən başqa dünyada yaşayır? - Sensasion iddia
Dünyanın ən varlı insanlarından olan İlon Maskın insanların kompüter simulyasiyasında yaşadığına inanması üçün kifayət qədər əsasları var.
Bunu Oksford Universitetinin alimi Nik Bostrom Nyu-York Universitetinin akademiki Maks Raskinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, İlon Mask və ABŞ prezidenti Donald Tramp kimi qeyri-adi mövqedə olan şəxslərin simulyasiya hipotezinə inanması digər insanlarla müqayisədə daha məntiqli görünür.
Bostrom vurğulayıb ki, Mask bu fikrini öz həyatının qeyri-adiliyi ilə deyil, video oyunları və kompüter texnologiyalarının sürətli inkişafı ilə əlaqələndirir.
Filosofun fikrincə, simulyasiya hipotezi kainatın inkişaf etmiş bir sivilizasiya tərəfindən yaradılmış kompüter proqramı ola biləcəyini irəli sürür. O hesab edir ki, cəmiyyətdə böyük uğur qazanan və fərqli mövqeyə sahib insanların bu nəzəriyyəyə inanması daha əsaslı görünə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: