xebermen.az

"Faciə"dən siyasi alət kimi istifadə: İsrail bu addımı niyə indi atdı?

Bu gün, 14:54

 

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov İsrail hökumətinin “1915-ci il erməni soyqırımı”nı tanıması ilə bağlı qərarını şərh edib.

O, bu barədə "Facebook" sosial şəbəkəsində paylaşım edib.

Zülfüqarov bildirib ki, sual yaranır: niyə məhz İsrailin 37-ci hökuməti belə qərar qəbul etdi, nə 36-cı, nə də 17-ci hökumət deyil və niyə məhz indi?

Keçmiş nazirin fikrincə, bu addımın əsas tərəfi ondan ibarətdir ki, siyasətçilər, o cümlədən İsrailda də bundan, yəni "siyasi gəlmə"lərdən yalnız öz işlərinə yarıyanda, sərf edəndə istifadə edirlər və bu, faciə qurbanlarına “simpatiya” və ya “empatiya” ilə bağlı deyil. O qeyd edib ki, bu hadisələri Rəcəb Tayyib Ərdoğan da məhz faciə kimi xarakterizə edir.

Zülfüqarov hesab edir ki, erməni xalqının tarixində ən faciəli səhifələrdən biri yenidən siyasi alver predmetinə çevrilib və bu, xüsusilə Nikol Paşinyan Türkiyə ilə sərhədlərin açılmasına nail olmağa çalışdığı dövrdə baş verir.

Onun sözlərinə görə, Ermənistan üçün qonşularla sülh inkişaf imkanı deməkdir, lakin İsrailin 37-ci hökuməti bu yanaşmanı bölüşmür.

Sabiq XİN başçısı əlavə edib ki, İsrailin Baş naziri Benyamin Netanyahu üçün narahatlıq doğuran məqamlardan biri də bundan bir gün əvvəl Donald Tramp tərəfindən Türkiyəyə "Lockheed Martin F-35 Lightning II" qırıcılarının tədarükünə hazırlıqla bağlı açıqlama verilməsi olub.

Zülfüqarov hesab edir ki, baş verənlər Azərbaycan üçün də Benyamin Netanyahu hökumətindən müəyyən məsafə saxlamağa səbəb ola bilər. O, eyni zamanda İran siyasi elitasında Azərbaycana rəğbətin artdığını da vurğulayıb.

“Beləliklə, hər zamankı kimi, hər kəs özünə sərf edən addımı atacaq”, - deyə o, fikrini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930