xebermen.az

Həkim yayda xroniki ağciyər xəstəliyinin kəskinləşməsinin səbəblərini açıqladı

Bu gün, 11:36

 

"Xroniki obstruktiv ağciyər xəstəliyinin adətən "qış xəstəliyi" kimi qəbul edilməsinə baxmayaraq, bürkü, smoq (tüstü və his qarışığı olan qatı duman) və artan rütubət bu problemdən əziyyət çəkənlərin səhhətində ağırlaşmalara yol aça bilər".

Bu barədə Gazeta.ru-ya rusiyalı pulmonoloq Olqa Tsaqarayeva danışıb.

Qeyd olunub ki, bu xəstəlik tənəffüs yollarının daralması və ağciyərlərdə qaz mübadiləsinə cavabdeh olan ən kiçik hava kisəcikləri olan alveolların zədələnməsi ilə müşayiət olunan xroniki xəstəlikdir. Bu səbəbdən insanın nəfəs alıb-verməsi çətinləşir, təngnəfəslik, xroniki öskürək və tez yorulma əlamətləri yaranır.

Mütəxəssisin sözlərinə görə, kəskinləşmələrin əksəriyyəti həqiqətən virus infeksiyaları və şaxtalı havanın təsiri səbəbindən soyuq mövsümə düşür. Lakin yayda başqa risk faktorları yaranır. Yüksək temperatur və rütubət hava çatışmazlığı hissini artıra bilər, havanın çirklənməsi, ozonun yüksək səviyyəsi və bitki tozcuqları isə tənəffüs yollarını qıcıqlandıra və nəfəsalmanı çətinləşdirə bilər.

"Susuzlaşma da əlavə təhlükə yaradır. İstidə bəlğəm qatılaşır və onu öskürməklə çıxarmaq çətinləşir, bu da vəziyyəti ağırlaşdırır", - deyə həkim xəbərdarlıq edib.

Pulmonoloq tibbi yoxlamaları payız aylarına qədər gecikdirməməyi tövsiyə edib. Onun fikrincə, yay mövsümü xəstənin vəziyyətini stabilləşdirmək üçün əlverişli fürsətdir: zərərli vərdişlərdən imtina etmək, hərəkətliliyi artırmaq, tənəffüs məşqlərini öyrənmək və zərurət yaranarsa, müalicə planını dəyişmək mümkündür.

Mütəxəssis, həmçinin diaqnozu artıq qoyulmuş xəstələrə kifayət qədər su qəbul etməyi, havanın keyfiyyətini izləməyi və təyin olunmuş terapiyaya ciddi riayət etməyi tövsiyə edib. Müntəzəm müayinələr və ağciyər funksiyasına nəzarət fəsildən asılı olmayaraq ağır kəskinləşmələr və hospitalizasiya riskini azaltmağa kömək edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930