Arıqlama dərmanı “Ozempik”in yeni təhlükəsi barədə XƏBƏRDARLIQ
Xarici ekspertlərin fikrincə, arıqlama dərmanları dad və qoxu pozğunluğuna səbəb ola bilər.
Alimlər təxminən 440.000 insanı əhatə edən bir araşdırma aparıblar.
Qeyd edilir ki, bunlar təbii hormon qlükaqonabənzər peptid-1-in (GLP-1) təsirini təqlid edən innovativ dərmanlardır. Bunlara məşhur “Ozempik” də daxildir. O, həzmi yavaşladır, iştahanı azaldır və insulin istehsalını stimullaşdırır.
Alimlər 2017-ci ilin dekabrından 2026-cı ilin aprelinə qədər elektron tibbi qeyd məlumatlarını təhlil ediblər. Nümunəyə müalicənin başlanmasından iki il sonra tibbi müşahidə altında olan yetkin xəstələr daxil olub.
Onlar iki qrupa bölünüblər. Birinci qrupa qlükaqona bənzər peptid-1 dərmanları olmadan diabetdən müalicə alan insanlar, ikinci qrupa isə diaqnoz qoyulduqdan sonra bu dərmanlar təyin edilənlər daxil olub.
Sonuncu qrupda dad problemləri riski 52 faiz, qoxu problemləri riski isə 81 faiz daha yüksək olub. Bəzilərində qoxu hissinin tamamilə itirilməsi və ya qoxu hissinin pozulması müşahidə edilib.
Alimlər əldə etdikləri nəticələrə əsasən əlavə tədqiqatların aparılmasına ehtiyac olduğu qənaətinə gəliblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: