xebermen.az

Ev alqı-satqısı ilə bağlı mühüm dəyişiklik gündəmdə: Qiymətlər enəcək?

Dünən, 13:22

 

Azərbaycan Qiymətləndiricilər Palatasının sədri bildirib ki, evlərin alqı-satqısı zamanı qiymətləndirmənin icbari qaydada tətbiqi üçün qanunvericiliyə dəyişiklik edilməlidir.

Maraq doğuran əsas suallardan biri də budur: alqı-satqı zamanı məcburi qiymətləndirmənin tətbiqi mənzil bazarında qiymətlərin ucuzlaşmasına səbəb ola bilərmi?

Azərbaycan Qiymətləndiricilər Palatasının İdarə Heyətinin sədri Vüqar Oruc məsələyə münasibət bildirib.

"Bazarın inzibati üsullarla tənzimlənməsi hazırda mümkün deyil. Çünki sərbəst bazar iqtisadiyyatının prinsiplərinə əsasən, xüsusilə XXI əsrdə qiymətlər bazar iştirakçılarının davranışı ilə formalaşır. Onlara makroiqtisadi göstəricilər, bazardakı tələb və təklif nisbəti, eləcə də müxtəlif daxili və xarici amillər təsir göstərir", - deyə Vüqar Oruc bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930