İsrailin “The Times of Israel” nəşrində yayımlanan analitik yazıda Türkiyənin regiondakı geosiyasi mövqeyinə geniş yer verilib.
Nəşrə görə, Ankara limanlar, hava məkanı və enerji marşrutları üzərindəki təsir imkanları ilə regional və qlobal ticarət, həmçinin logistika proseslərində mühüm rol oynayır.
Məqaləyə əsasən, İsraildə Türkiyədən asılılığı azaltmaq məqsədilə “İstanbul Protokolu” adlı alternativ planın müzakirə olunur. Bu planın əsas məqsədinin idxal-ixrac marşrutları, uçuş xətləri və logistika zəncirlərində Türkiyəyə alternativ yolların yaradılması olduğu qeyd edilib.
Analizdə həmçinin “Mavi Vətən” doktrinasına da toxunularaq, Türkiyənin Şərqi Aralıq dənizindəki mövqeyinin enerji layihələrinə və dəniz nəqliyyatı planlarına təsir etdiyi iddia olunub.
Bununla yanaşı, Avropanın da enerji təchizatı və ticarət marşrutları baxımından Türkiyənin regional mövqeyindən təsirləndiyi, Brüsselin alternativ yollar axtardığı vurğulanıb.
Məqalədə son olaraq, mövcud vəziyyətin Tel-Əviv və Avropa üçün strateji çətinliklər yaratdığı qeyd olunub.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
Prezident yerli televiziya kanallarına müsahibə verdi - TAM MƏTN/VİDEO/YENİLƏNDİ
İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verdi
Susuzluğun geosiyasəti: niyə Asiya su müharibələri erasına hamıdan əvvəl daxil olur
Mehriban Əliyevanın doğum günüdür