xebermen.az

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - Açıqlama

Dünən, 22:18

 

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir.

Sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrinin ətrafında toplandığı görünür.

Məsələ ilə bağlı ekoloq Ənvər Əliyevin sözlərinə görə, bu hal əsasən hava şəraitində baş verən kəskin temperatur dəyişiklikləri ilə əlaqədardır.

Mütəxəssis qeyd edib ki, qanadlı qarışqalar küləyin təsiri ilə böyük məsafələr qət edərək müxtəlif ərazilərə yayıla bilirlər. 

Uçan qarışqalar evlərə daxil olduqda, yeməklərin üstünə toxunanda məhsulları çirkləndirə və bəzi insanlarda allergik təsir yarada bilər. Bu kiçik canlılar başqa fəsadlara da yol aça bilər. Bizim özümüzün xəbəri olmadan həmin həşaratlar xəstəliyi yaya bilərlər. Bəzi parazitlər isə onların yumurtaları ilə qidalanırlar. 

Mütəxəssislər bu həşaratdan qorunmaq üçün vətəndaşlara evlərdə və həyətlərdə təmizliyə diqqət yetirməyi, qida məhsullarını açıq saxlamamağı, pəncərə və qapılarda qoruyucu torlardan istifadə etməyi tövsiyə edirlər. 

Məsələyə münasibət bildirən biologiya üzrə fəlsəfə doktoru Gülər Hüseynzadə qeyd edib ki, yaşayış məntəqələrində qanadlı qarışqaların görünməsi onların mövsümi çoxalma mərhələsi ilə bağlıdır.

Onun sözlərinə görə, yazın sonu və yayın əvvəlində qanadlı fərdlər cütləşmək məqsədilə yuvalarını tərk edirlər və bu hal insanlar üçün təhlükə yaratmır.

Mütəxəssis bildirib ki, həşəratların sayının çox olduğu hallarda efir yağları və ya xüsusi insektisid vasitələrdən istifadə etməklə onları uzaqlaşdırmaq mümkündür.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930