xebermen.az

Kəşfiyyatdan sensasion iddia: Rusiya bu ölkələrdə təxribat hazırlayır

Dünən, 22:12

 

Latviya kəşfiyyatı Rusiyanın Baltik ölkələri və Polşaya qarşı hibrid təxribatlar törətmə ehtimalının artdığını açıqlayıb.

Bu barədə ABŞ-ın "Fox News" telekanalı Latviya xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, Moskva Ukraynaya dəstəyi zəiflətmək məqsədilə pilotsuz uçuş aparatları, raketlər və digər təzyiq vasitələrindən istifadə etməklə regionda gərginlik yaratmağa cəhd göstərə bilər.

Latviya kəşfiyyatı hesab edir ki, Rusiya hazırda NATO ölkələrinə qarşı genişmiqyaslı müharibə aparmaq imkanlarına malik deyil. Bununla belə, Kreml qeyri-sabitlik və qorxu mühiti yaratmaq üçün hibrid əməliyyatlar həyata keçirmək potensialını qoruyub saxlayır.

Latviyanın xəbərdarlığı Polşa rəsmilərinin son bəyanatları ilə də üst-üstə düşür. Polşa xarici işlər nazirinin müavini Marçin Bosatski bildirib ki, Rusiya ilə NATO-nun şərq cinahı arasında hibrid qarşıdurma artıq davam edir.

Onun sözlərinə görə, bu fəaliyyətlərə kiberhücumlar, pilotsuz uçuş aparatlarından istifadə, diversiya cəhdləri və kritik infrastruktur obyektlərinə təsir göstərmək təşəbbüsləri daxildir. Bosatski qeyd edib ki, Rusiyanın kiberəməliyyatlarının hədəflərindən biri də Polşanın enerji sistemi olub və bu, elektrik təchizatında ciddi problemlərə səbəb ola bilərdi.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930