xebermen.az

Talassemiya gen daşıyıcıları hərbi xidmətə yararlıdırmı? - Rəsmi

20-06-2026, 13:10

 

Talassemiya gen daşıyıcılarının hərbi xidmətə yararlılığı ilə bağlı açıqlama verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin məlumatına görə, qüvvədə olan qanunvericiliyə əsasən talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirlər.

Qeyd olunub ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin "Xəstəliklər cədvəli"nə əsasən, bu diaqnozla şəhadətləndirilən şəxslər "A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı" sayılırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930