xebermen.az

Prezidentdən mundial jesti - İş günü gec başlayacaq

18-06-2026, 14:13

 

Özbəkistan millisinin 2026-cı il Dünya Çempionatında debüt oyunu ilə bağlı ölkədə maraqlı qərar verilib.

Prezident Şavkat Mirziyoyev dövlət işçilərinin sabah işə adi vaxtdan gec başlamasına icazə verib.

Buna səbəb Özbəkistan millisinin K qrupunun ilk turunda Kolumbiya ilə keçirəcəyi matçdır. Görüş Özbəkistan vaxtı ilə səhər saat 07:00-da başlayacaq. Bu səbəbdən dövlət işçilərinin iş günü saat 10:00-dan start götürəcək.

Qeyd edək ki, Özbəkistan millisi tarixində ilk dəfə Dünya Kubokunda iştirak edir.

Komandanın K qrupundakı rəqibləri Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikasıdır. (Teleqraf)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031