xebermen.az

Tələbələrə şad xəbər - Bu ixtisası bitirənlər...

Bu gün, 12:47

 

Azərbaycanda tədris planına yeni ixtisas əlavə olunub. Belə ki, “Daşınmaz əmlakın idarə olunması” ixtisası bu ildən bakalavriat səviyyəsində universitetlərdə tədris ediləcək.

Bu qərara səbəb nədir? Hansı ali təhsil müəssisələrində tədris olunacaq?

Bu barədə Globalinfo.az-a təhsil eksperti Elçin Əfəndi danışıb. O deyib ki, əvvəllər mövcud olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası mahiyyət etibarilə yeni yaradılan ixtisasla müəyyən uyğunluq təşkil edir:

“Bu ixtisas Bakı Dövlət Universitetində, Azərbaycan Memarlıq və İnşaat Universitetində, eləcə də bölgələrdə Azərbaycan Dövlət Aqrar Universiteti və Naxçıvan Dövlət Universitetində tədris olunurdu. Yeni ixtisasın yaradılması əmək bazarında bu sahə üzrə kadr tələbatının artması ilə bağlıdır. Böyük ehtimalla, hazırda kənd təsərrüfatı ixtisasları qrupuna daxil olan “Yer quruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasının adı dəyişdiriləcək və ya olduğu kimi saxlanılacaq. “Daşınmaz əmlakın idarə olunması” isə ayrıca ixtisas kimi fəaliyyət göstərəcək”.

Ekspert bildirib ki, bu ixtisasın gələcəkdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti kimi ali təhsil müəssisələrində tədris olunacağı gözlənilir:

“Mahiyyət etibarilə, onu daşınmaz əmlak sahəsində menecment istiqaməti kimi də qiymətləndirmək olar. Çünki hazırda ölkədə çoxsaylı daşınmaz əmlak şirkətləri fəaliyyət göstərir və onların səmərəli idarə olunması üçün peşəkar kadrlara ehtiyac var. Bu ixtisas üzrə məzunlar da əsasən həmin müəssisələrdə iş imkanları əldə edə biləcəklər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930