xebermen.az

ABŞ İranı buna da razı saldı - Hörmüzdə keçid şərtləri necə olacaq?

Bu gün, 15:13

 

İran ABŞ ilə münaqişənin nizamlanmasına dair saziş çərçivəsində Hörmüz boğazından keçən gəmilərdən rüsum almamağa razılaşıb.

Bu barədə "Fox News" telekanalı ABŞ administrasiyasındakı yüksək vəzifəli rəsmilərə istinadla məlumat yayıb.

Bildirilib ki, İran strateji əhəmiyyətli boğazı açacaq və oradan keçən gəmilərdən heç bir ödəniş tələb etməyəcək.

Bundan əlavə, qeyd edilib ki, saziş imzalanacağı təqdirdə ABŞ blokadanı aradan qaldıracaq, İran isə boğazı açacaq. Yalnız bundan sonra boğazın sularında minalardan təmizlənmə işlərinə başlanılacaq.

İyunun 13-də ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında sazişin iyunun 14-də imzalanacağını bəyan etmişdi. Ağ Evin rəhbərinin sözlərinə görə, sənəd imzalandıqdan sonra Hörmüz boğazı hamı üçün açıq olacaq. Tramp əlavə edib ki, İran heç bir yolla nüvə silahı əldə edə bilməyəcək və ABŞ "uyğun vaxtda" İslam Respublikasının nüvə materiallarını əlindən alaraq məhv etmək niyyətindədir.

İsrail tərəfi də münaqişənin nizamlanması ilə bağlı mümkün sazişə münasibət bildirib. "Ynet" xəbər portalının yüksək vəzifəli rəsmilərə istinadən yaydığı məlumata görə, Tel-Əviv bu sazişi pis hesab edir, çünki onun şərtləri İsrailin maraqlarına ziddir. Mənbə onu da əlavə edib ki, İsrail ABŞ ilə İran arasında aparılan danışıqların gedişatına təsir imkanlarının məhdud olmasından narahatdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930