xebermen.az

Rusiyalı gənc qadınlardan Ukrayna hərbçilərinə qarşı necə istifadə olunur? - AÇIQLAMA

Bu gün, 14:54

 

Ukrayna Milli Polisinin rəisi İvan Vıqıvski iddia edir ki, Rusiya təhlükəsizlik xidmətləri tanışlıq tətbiqləri vasitəsilə ukraynalı əsgərləri hədəf alan ölümcül sui-qəsd planları həyata keçirir. 

Onun iddiasına görə, gənc qadınlar pul müqabilində qatil kimi istifadə olunur və 2026-cı ilin əvvəlindən bəri aşkarlanan altı halda əsgərlər içkilərinə yüksək dozada narkotik maddə qarışdırılaraq zəhərləniblər. 

 “Reuters“ agentliyinin Ukrayna rəsmilərinə istinadən verdiyi məlumata görə, Rusiya təhlükəsizlik xidmətləri, xüsusən də gənc qadınları pul müqabilində mesajlaşma tətbiqləri vasitəsilə işə götürür və onlara əsgərlərlə ünsiyyət qurmağı tapşırır. 

Vıqivskinin açıqlamalarına görə, qadınlar əsgərlərlə tanışlıq saytları və tanışlıq tətbiqləri vasitəsilə əlaqə qururlar. Kirayə mənzillərdə sonrakı görüşlər zamanı onlardan əsgərlərin içkilərinə yüksək dozada metadon qarışdırmaları istənir. Metadon yüksək dozada ölümcül ola bilən sintetik opioiddir. 

Ukrayna polisinin məlumatlarına görə, 2026-cı ilin əvvəlindən bəri bu üsulla əlaqəli altı ayrı sifarişli qətl hadisəsi aşkar edilib. Hakimiyyət orqanları bildirib ki, bu hallardan biri həyata keçirilməzdən əvvəl qarşısı alınıb. 

İddiaların mərkəzində olan hadisələrdən birində 17 yaşlı bir qızın Ukrayna əsgərini zəhərləyib öldürməkdə şübhəli bilinərək saxlanıldığı bildirilir. Ukrayna polisi şübhəlinin “Telegram! vasitəsilə Rusiya təhlükəsizlik xidmətləri ilə əlaqəli olduğu güman edilən biri tərəfindən yönləndirildiyini iddia edir. 

İddialar beynəlxalq mətbuatda geniş işıqlandırılsa da, Rusiya təhlükəsizlik orqanları ittihamlarla bağlı rəsmi açıqlama verməyib. Müharibə boyunca həm Moskva, həm də Kiyev bir-birini qarşı tərəfin mülki şəxslərindən təxribat və sui-qəsd aktları üçün istifadə etməkdə ittiham edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930