xebermen.az

Yalan məlumat verənlər 5 min manat cərimələnəcək - Qərar

Bu gün, 15:24

 

Azərbaycanda kolların kəsilməsi ilə bağlı yalan və ya təhrif olunmuş məlumat təqdim edən şəxslər inzibati məsuliyyət daşıyacaqlar.

Bununla bağlı dəyişiklik Milli Məclisin bugünkü iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni 253-1.5-ci maddədə öz əksini tapıb.

Dəyişikliyə əsasən, barəsində məlumatlandırma icraatı tətbiq edilən kolların kəsilməsi barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumat verən fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 3 min manat, hüquqi şəxslər isə 5 min manat məbləğində cərimə olunacaqlar.

Qeyd olunub ki, yeni tələblər "Yaşıllıqların mühafizəsi haqqında" qanunda nəzərdə tutulan dəyişikliklərlə əlaqədardır. Belə ki, çoxillik əkmələrin altında yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlarda kolların kəsilməsi zamanı məlumatlandırma icraatının həyata keçirilməsi tələb olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılıb və Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930