xebermen.az

Gümüşdən sonra qızıl da kəskin ucuzlaşdı

Bu gün, 09:47

 

"Comex" birjasında avqust ayında çatdırılma şərti ilə qızıl fyuçerslərinin qiyməti martın 23-dən bəri ilk dəfə olaraq bir troy unsiyası üçün 4250 dollardan aşağı düşüb.

Bu barədə "TASS" ticarət platformasının məlumatlarına istinadla məlumat yayıb.

Məlumata görə, Bakı vaxtı ilə saat 03:23-də qızılın qiyməti 2,66% azalaraq bir troy unsiyası üçün 4247,2 dollara enib.

Bununla belə, saat 03:28-ə olan məlumata görə, fyuçersin dəyərindəki ucuzlaşma bir qədər səngiyib və qiymət bir troy unsiyası üçün 4247,7 dollar (-2,65%) səviyyəsində qalıb.

"Fontvielle" investisiya şirkətinin satış və müştəri xidmətləri idarəsinin direktoru Ruslan Spinkanın sözlərinə görə, 2026-cı ilin əvvəlində qızıl qiymətləri rekord göstəricilər nümayiş etdirsə də, sonradan kəskin ucuzlaşaraq 5000 dollar səviyyəsində qərarlaşmışdı. Ekspert bildirib ki, kotirovkalardakı belə dalğalanmalar investorların təhlükəsiz aktivlərə yüksək tələbatı ilə bağlıdır, lakin qiymət artımının obyektiv səbəblərlə əsaslandırılmaması bazara spekulyativ kapitalın axınından xəbər verir.

Qeyd edək ki, bundan öncə gümüş fyuçerslərinin qiyməti 23 mart 2026-cı ildən bəri ilk dəfə troya unsiyası üçün 65 dollardan aşağı düşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930